Avtomobil təmiri sexində qanlı olay – Bakıda

Bakının Maştağa qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə avtomobil təmiri sexində qeydə alınıb.

1990-cı il təvəllüdlü Zeynalov Zöhrab naməlum şəraitdə qarın nahiyəsinə bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları hadisənin təfərrüatlarını araşdırır.