Avtomobil təmiri sexində YANĞIN – Şirvanda

Şirvan şəhərində avtomobil təmiri sexində yanğın hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib k, ümumi sahəsi 200 m² olan bir-birinə bitişik beş boksdan ibarət avtomobil təmiri sexinin sahəsi 40 m² olan boksunun dam örtüyünün taxta atmaları 6 m² sahədə, içərisində təmirə dayanan “Mercedes” markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb.

Sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.