Avtomobil teplovozla toqquşdu – Yaralılar var

qezateplovozoto6Qazaxda avtomobil teplovozla toqquşub, xəsarət alanlar var.

Hadisə rayonun Çaylı kəndinə gedən yolda qeydə alınıb.

Hərəkətdə olan VAZ 21099 markalı avtomobil dəmir yolu keçidini gözləmədən keçərkən hərəkətdə olan teplovozla toqquşub.

Qəza zamanı avtomobildə olan iki nəfər: Qazax rayon Birinci Şıxlı kənd sakini 1984-cü il təvəllüdlü Babək Yusifov və rayonun Çaylı kənd sakini 1990-cı il təvəllüdlü Eltay Məsməliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qazax rayon Müalicə-Diaqnostika Mərkəzinə yerləşdiriliblər. B.Yusifovun vəziyyəti normal, E.Məsməliyevin isə vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.(APA)