Türkiyədə baş verən ağır yol qəzasında iki nəfər həyatını itirib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, sürücü yüksək sürətlə idarə etdiyi avtomobillə öncə iti vurub, daha sonra idarəetməni itirərək yanacaqdoldurma məntəqəsində dayanan TIR-a çırpılıb. Hadisə nəticəsində minik avtomobilində olan sürücü və sərnişin ölüb.
Faktla bağlı araşdırma başlanıb.