Avtomobil velosipedçini vuraraq öldürdü

Xaçmazda avtomobil velosipedçini vurub.

Yeniag.az xəbər verir ki, hadisə rayonun Ziya Bünyadov küçəsində qeydə alınıb.

Rayon sakini Rəşad Nifətliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil yolun əks istiqamətində hərəkət edən velosipedçi Siracəddin Abdullayevi vurub. Nəticədə velosopedçi aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.