Avtomobil yaşlı qadını vuraraq öldürüb

piyada_olumuMingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə şəhərin “Dostluq” parkının qarşısında qeydə alınıb. Şəhər sakini, 1990-cı il təvəllüdlü Qarayev Elvin Canpolad oğlu idarə etdiyi 90-BR-825 dövlət nömrə nişanlı, “VAZ 21015” markalı minik maşını ilə yolu keçən piyadanı, şəhərin Heydər Əliyev prospektindəki ev 36, mənzil 30-da yaşayan 1926-cı il təvəllüdlü Cəlilova Səidə Bəhərçin qızını vurub. 89 yaşlı qadın aldığı xəsarətlər səbəbindən Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.