Avtomobil yolu keçən piyadanı vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 15-də saat 20 radələrində Xətai rayonunun A.Nobel prospektində Bakı şəhər sakini S.Məmmədov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini Altun Zeynallını vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.