Avtomobil yuyucusunu “tok” vuraraq öldürdü – Bakıda

Bakıda Salyan sakinini elektrik cərəyanı vurub.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxt Bakıdakı “avtoyuma” məntəqələrindən birində baş verib.

Həmin məntəqədə işləyən 1994-cü il təvəllüdlü Xələc kənd sakini Hüseynov Araz Çingiz oğlunu ehtiyatsızlıqdan elektrik cərəyanı vuraraq öldürüb.

Mərhumun meyiti bu gün Xələcə gətirilərək kənd qəbiristanlığında torpağa tapşırılıb.

Faktla bağlı araşdırma aparılır.

COP29