Avtomobildə 9 kq-dan artıq narkotik tapıldı – Biləsuvarda

Biləsuvarda avtomobildə 8,5 kiloqram tiryək və 650 qram marixuana aşkar edilib.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən Yuxarı Ağalı kəndi ərazisində Bakı şəhər sakini P.Hüseynovun idarə etdiyi “Lada Priora” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Əməliyyat-axtarış tədbirləri ilə nəqliyyat vasitəsinə baxış zamanı oradan 8,5 kiloqram tiryək və 650 qram marixuana aşkar edilərək götürülüb.