Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Avtomobildə 9 nəfərin cəsədi aşkarlandı

Meksikada avtomobildə 9 nəfərin cəsədi aşkarlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Herrero ştatının Prokurorluğu məlumat yayıb. Məlumata görə, cəsədlər Çilpansinqo şəhərində aşkarlanıb. Prokurorluğun xəbərində bildirilir ki, avtomobilin sürücüsünün cəsədi də meyitlər arasındadır.

İstintaqı aparan təhqiqatçılar hesab edir ki, cəsədi aşkarlanan şəxslər müxtəlif qanunsuz malların ticarəti ilə məşğul olublar. Onlar avtomobildən də bu məqsədlə istifadə ediblər. Prokurorluq insanların öldürülməsi şəraitinin araşdırılmasına başlayıb. Öldürülənlər daha əvvəl Tikstla şəhərində naməlum şəraitdə oğurlanıblar.

Qeyd edək ki, Herrero Meksikada cinayət nöqteyi-nəzərindən ən təhlükəli ştatlardan biridir.

www.yenicag.az

2977
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM