Avtomobildən 8900 manat oğurlandı 

Bakıda avtomobildən xeyli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə Badamdar qəsəbəsi ərazisində “Opel” markalı bir avtomobildən 8900 manat pul, sənəd, bankomat kartı, gödəkcə və ərzaq məhsullarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri, əvvəllər də analoji əmələ görə məhkum olunmuş H.Rzayev və E.Səfərov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.