Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.
Yenicag.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, fevralın 18-də, Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində Gəncə şəhər sakini Elşən Əhmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.