Çinin Xubey vilayətində naməlum şəxsin idarə etdiyi avtomobili izdihamın üzərinə sürməsi nəticəsində 6 nəfər həlak olub, 7 nəfər yaralanıb.
Yenicag.az xəbər verir ki, hadisə Caoyan şəhərində yerli vaxtla səhər 6:00 radələrində baş verib. Hadisəni törədən şəxs polisin açdığı atəş nəticəsində ölüb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Hazırda araşdırma aparılır.