Çinin Şanxay şəhərində minik avtomobili insanların üzərinə sürülüb.
Xuanpu rayonunda Süytzyaxuey və Dapu küçələrinin kəsişməsində baş verən insindet nəticəsində 1 nəfər həlak olub, 9 nəfər isə xəsarət alıb.
Polisin məlumatına əsasən, insidentə səbəb avtomobilin 31 yaşlı sürücüsünün gözlənilmədən idarətetməni itirməsi olub.
Müxtəlif dərəcədə xəsarətlər almış 9 nəfər xəstəxanaya yerləşdirilib. Avtomobilin sürücüsü saxlanılıb, hadisə ilə bağlı araşdırma başlanılıb./Trenf/