Avtomobili piyadaların üzərinə sürdü – Xəsarət alanlar var

Berlində naməlum şəxs avtomobilini piyadaların üzərinə sürüb.

Yenicag.az-ın “TASS”a istinadən məlumatına görə, hadisə nəticəsində azı 7 nəfər xəsarət alıb.

Onlardan biri xəstəxanaya helikopterlə çatdırılıb.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.