Avtomobilin partlaması 17 nəfərin ölümünə səbəb oldu

Suriyanın Ras əl-Ayn şəhərində PKK/YPG qüvvələri minalanmış avtomobili partladıb.

Yenicag.az-ın məlumatına görə, partlama nəticəsində 17 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Türkiyənin Müdafiə Nazirliyindən bildirilib ki, PKK/YPG terror təşkilatı Fıratın şərqindəki mülki vətəndaşlara hücumlarını davam etdirir:

“Ras əl-Ayn şəhərindən qərbdə yerləşən Tell Xalif kəndində minalanmış avtomobilin partlanması nəticəsində 17 nəfər həlak olub, 20-dən çox insan yaralanıb”.

COP29