!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtomobilin qarşısını kəsdi, sürücunü bıçaqladı - Şəkidə

!Reklam – Yazi

Şəkidə bıçaqlanma hadisəsi qeydə alınıb.

Yenicag.az “Report”a istinadla xəbər verir ki, 1981-ci il təvəllüdlü şəhər sakini Etibar Rəhim oğlu Abdurəhmanov “90-MC-583” dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobil ilə hərəkətdə olarkən, anidən qarşısını naməlum şəxs kəsərək onu bıçaqlayıb.
Yaralanan sürücü idarəetməni itirib və avtomobili maneəyə çırpıb. Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb.

Yaralı sürücü “təcili yardım” maşını ilə dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona sağ qolun üçdə birinin kəsilmiş yarası diaqnozu qoyulub.

Hazırda polis hadisəni törədən şəxsin axtarışlarını davam etdirir.

www.yenicag.az

1860
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv