!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtomobilin yanmasında günahkar kimdir: Usta yoxsa sürücü? - VİDEO

!Reklam – Yazi

Avtomobil qəflətən alışır, yanır, külə dönür. Son zamanlar bu kimi hadisələr tez-tez baş verir.

Yenicag.az-ın məlumatına görə, ekspertlər daha çox hərəkət zamanı baş verən bu halların əsasən xarici ölkələrin istehsalı olan nəqliyyat vasitələrində qeydə alındığını bildirir.

Avtomobillərin alışmasına səsbəb nədir? Zovod qüsuru, sürücü məsuliyyətsizliyi, yoxsa usta naşılığı?

Sürücülər yanmanın səbəbini əlavə avadanlıqların quraşdırılmasında görür: “Əlavə avadanlıqlar quraşdırılır, işıqlar qoyulur. Maqnitafon, arxaya səsgücləndiricilər düzgün quraşdırılmır. Nəticədə də yanğınlar baş verir. Sürücü də, usta da məsuliyyətsiz ola bilər”.

Bu sahə üzrə mütəxəssislər isə deyir ki, avtomobillərdə baş verən yanğın hadisələrinə birinci növbədə qeyri-peşəkar ustaların səhlənkarlığı səbəb olur.

Usta Vüqar Şuliyev: “Sürücü gəlir ustaya deyir ki, “mənimçün “ksenon” deyilən aparat var onu quraşdır”. Bildiyimiz kimi o da çin istehsalıdır. Onlar məsləhətli deyil, çünki yanmağa meyillidir. Özünün, zavod istehsalı nəyi varsa onlarla kifayətlənmək yaxşı olar. Sürücü görürsə usta yamaq edir, düzgün quraşdırmır, o zaman icazə verməməlidir. Burada hər iki tərəfdə günah var.

Yanğın zamanı sürücü hadisənin qarşısını necə almalıdır?

Ekspert Ərşad Hüseynov: “Avtomobillərdə odsöndürən olmalıdır. Hər zaman istifadəyə yararlı vəziyyətdə olmalı və sürücü  istifadə qaydasını bilməlidir.

Avtomobilin alışması usta naşılığı olsa da, külə dönməsi sürücü məsuliyyyətsizliyidir.

www.yenicag.az

2547
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv