Avtomobillə sərnişin avtobusu toqquşdu – Yaralılar var

Bakıda minik avtomobili ilə sərnişin avtobusu arasında qəza baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında Sabunçu rayon Maştağa qəsəbəsində qeydə alınıb.

Minik avtomobilinin 131 saylı xətt üzrə hərəkət edən avtobusla toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasına çatıdırılıblar:

Avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Rəhimov Mehdi Hikmət oğlu, 1988-ci il təvəllüdlü Rəcəbov İkram Mahir oğlu, 1996-cı il təvəllüdlü Babayev Məlikağa Həmidağa oğlu və 1994-cü il təvəllüdlü Rəcəbov Mahir İbrahim oğlu.

Onlardan üçü ilkin tibbi müayinədən sonra ambulator müalicəyə yola salınıb, bir nəfər M.Rəcəbov isə xəstəxananın travma şöbəsində müalicə alır.