Avtomobillə vurulan piyada xəstəxanada öldü

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, yanvarın 13-də saat 22 radələrində Xaçmaz şəhəri ərazisində Xudat şəhər sakini R.Ağabəyov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Qusar rayon sakini İlahəddin Vəlimətovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.