Avtomobillə yolu keçən anasını vurdu

Ağdam rayon sakini avtomobili ilə anasını vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 14-də saat 21 radələrində Ağdam rayonunun Əfətli kəndində kənd sakini Niyaz Əliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən anası Filyar Əliyevanı vurub. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Ağdam RPŞ tərəfindən araşdırma aparılır.

Yeniçağ.az