Avtomobillər alışdı – 4 nəfər öldü

Rusiyanın Orenburq vilayətində iki avtomobil toqquşub.

Yenicag.az-ın verdiyi xəbərə görə, Orenburq-Ağbulaq avtomobil yolunda baş verən qəza nəticəsində 4 nəfər həlak olub.

Bildirilir ki, toqquşmadan sonra avtomobillər alışıb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir./Trend/