Avtomobillər toqquşdu: İki nəfər faciəvi şəkildə öldü

Bakının Xəzər rayonunda, Qala-Türkan yolunda qəza olub, sürücü və azyaşlı ölüb.

Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Belə ki, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hyundai” markalı avtomobillər toquşşub. İlkin məlumata görə “VAZ-2107” avtomobilinin sürücüsü və sərnişini olan azyaşlı ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.