Avtomobillər toqquşdu – Ölən var

Suraxanı rayonunun Ramana qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, martın 3-də saat 21 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Sahib Kərimovun idarə etdiyi “TOFAŞ” və M.Zahidovun idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub. Nəticədə “TOFAŞ”ın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.