Ads by Google

hightechnic
Ads by Google

 

46a1d646-1a8a-45c2-9a00-c9fca79c1860Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, İlqar Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və Mircamal Mahmudovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ-2106”-da sərnişin, 21 yaşlı Kənan Fərhad oğlu Həsənzadə ağır bədən xəsarətləri alaraq xəstəxanada ölüb.

Hadisə zamanı hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Xəstəxanadan bildirilib ki, yaralılardan, “VAZ-2106”-nın sürücüsü M.Mahmudov vəziyyətinin ağır olması səbəbi ilə reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı araşdırmalara başlanılıb.(report)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 29
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."