Avtomobillər tuneldə toqquşdu, 6 nəfər öldü

Böyük Britaniyanın Birmingem şəhərində ağır qəza olub.

Yenicag.az xəbər verir ki, qəza nəticəsində 6 nəfər ölüb. Daha bir nəfərin durumu ağırdır.

Qəza tuneldə 3 avtomobilin toqquşması nəticəsində baş verib. Arxadan gələn 3 avtomobil də qəzadan yayına bilməyib və bu avtomobillərdə olan 3 nəfər yüngül xəsarət alıb.

Yol müvəqqəti bağlanıb. Faktla bağlı araşdırma aparılır.