Avtosalonda yanğın – Bir nəfər tüstüdən zəhərləndi

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 6000 m² (hər mərtəbəsi 2000 m²) olan üçmərtəbəli avtomobil salonunun birinci mərtəbəsində, təmir sexində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. 

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı tüstüdən zəhərlənən 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Təmir sexində olan 30 ədəd avtomobil və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

COP29