Avtosfer.az 10 yaşını qeyd edir – VİDEO

Bu gün Azərbaycanın populyar xəbər saytı olan “Avtosfer”in fəaliyyətə başlamasının növbəti ildönümü qeyd olunur.

Yenicag.az xəbər verir ki, xəbər portalının kollektivi saytın 10 yaşını qeyd edirlər.

Avtosfer.az saytı Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Peşəkar sürücü; hüquq və vəzifələr” adlı layihə çərçivəsində 2014-cü ilin aprelin 11-də yaradılıb. Sayt aprelin 26-da isə fəaliyyətə başlayıb.

Avtosfer.az 2022-ci ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə yenilənib.

Müstəqil informasiya siyasəti həyata keçirən media qurumu gün ərzində Azərbaycanda və dünyada baş verən hadisələri dəqiq və operativ şəkildə oxuculara çatdırır.

www.avtosfer.az domeni ilə fəaliyyət göstərən saytın əsas məqsədi yol hərəkəti iştirakçılarını maarifləndirməkdir. Amma bununla yanaşı ictima, siyasi, sosial və iqtisadi mövzularda da oxucuları məlumatlandırır.

Saytın bu mövzular ətrafında gün ərzində dərc olunan onlarla materialı geniş oxucu kütləsinə təqdim olunur.

Ölkənin ən böyük internet medialarından biri olan Avtosfer.az öz fəaliyyətində etibarlılıq, orijinallıq, obyektivlik və operativlik prinsiplərini əsas götürür.

Məhz bunun nəticəsidir ki, Avtosfer.az yarandıqdan sonra qısa müddət ərzində geniş oxucu auditoriyası toplaya bilib.

Qeyd edək ki, Avtosfer.az saytının baş redaktoru nəqliyyat eksperti Elməddin Muradlı, baş redaktorun 1-cü müavini jurnalist Orxan Əlidir. Həmçinin hüquqünas Ərşad Hüseynov avtosfer.az saytına oxucular tərəfindən ünvanlanan sualları cavablandırır.

Sosial şəbəkələrdə də aktiv hesabları olan avtosfer.az “Facebook”, “İnstagram”, “Youtube” və “Telegram” vasitəsilə oxucuların xidmətindədir.

Avtosfer.az elektron media ilə yanaşı multimedia sahəsində də aktiv fəaliyyət göstərir. AvtosferTV studiyası vaxtaşırı olaraq həm müxtəlif maaifləndirici verilişlər, canlı yayımlarla cəmiyyətiin inkişafına dəstək verir.

“Yeni Çag” Media Qrupunun kollektivi “Avtosfer.az” saytının əməkdaşlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!

COP29