!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda avtoxuliqanlıq - "Avtoşlar" bir araya gəldilər - VİDEO

!Reklam – Yazi

Bakıda avtoxuliqanlar Nizami Rayon Məhkəməsinin önündə bir araya gəliblər.

Yenicag.az xəbər verir ki, görüş zamanı bəzi avtomobil sürücüləri məhkəmə binasının önündəki yolda avtoxuliqanlıqlar edib. Gənclər bu əməllərini videoya çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Hadisədən bir neçə gün sonra Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları avtoxuliqanlıq edən 5 sürücüdən 4-nü saxlayıb.

Onlar barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə təqdim edilib. Avtomobillər isə duracağa aparılıb.

Məhkəmənin qərarı ilə 10 NK 501 dövlət qeydiyyat nişanlı, “Lada Niva” markalı, 90 XL 079 və 60 BO 465 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobillərin sürücüləri sürücülük hüququndan bir il müddətində məhrum edilməklə inzibati qaydada 15 gün həbs ediliblər. 99 LM 052 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü isə axtarışdadır./Avtosfer.az/

www.yenicag.az

1361
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv