!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtovağzal işçisi narkotiklə tutuldu – Fotolar

!Reklam – Yazi

Lənkəran sakini narkotiklə saxlanılıb.

Yenicag.az-a daxil olan məlumata görə, onun olduğu avtomobilə keçirilən baxış zamanı 2 kq-dan artıq narkotik vasitə aşkar edilərək götürülüb. Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini şüphəli şəxs qismində tutulub. Rayonun Səpnəkəran kəndində həyata keçirilən əməliyyat zamanı “BMW” markalı avtomobil keçirilən baxış zamanı, salondan 2 kq 105 qram tiryək və 100,369 qram psixotrop maddə olan metamfetamin götürülüb.

Araşdırma zamanı məlum olub ki, avtomobilə sərnişin qismində oturan, Lənkəran Şəhər sakini, 26 yaşlı Aqşin Məmmədov, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı olan Rza adlı şəxdən satış məqsədi ilə alıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət məcəlləsinin 234,4,1 və 234,4.3-cü maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, narkotik vasitənin satışında təqsirləndirilən Aqşin Məmmədov, Lənkəran avtovağzalında dispetçer vəzifəsində çalışırmış.

Yenicag.az

www.yenicag.az

616
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv