“Avtovağzal” stansiyası açılır

avtovagzallllBu gün Bakı metrosunun “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyasının açılışı olacaq.

Bu dəqiqələrdə “Memar Əcəmi-2” stansiyasının açılışı həyata keçirilir. Açılışda metropoliten rəhbərliyi iştirak edir. Daha sonra “Avtovağzal” stansiyasının açılışı baş tutacaq.

Qeyd edək ki, “Memar Əcəmi-2” stansiyası 5 mərtəbədən ibarətdir, stansiyada müxtəlif səviyyəli keçidlərdən istifadə olunacaq. Stansiyanın 3 giriş-çıxışı var. Burada ümumilikdə 4 lift quraşdırılacaq. Habelə yanğına qarşı avtomatik mühafizə sistemləri, rabitə sistemləri, elektrik avadanlıqları quraşdırılıb.

“Avtovağzal” stansiyasının isə 8 giriş-çıxışı nəzərdə tutulub. Burada 20 eskalator və 8 travelator, həmçinin, fiziki qüsurlu insanlar üçün lift də quraşdırılıb. Hər iki stansiya və bundan sonra “Bənövşəyi xətt” üzrə tikiləcək stansiyaların paltformasının uzunluğu 144 metrdir. “Avtovağzal” stansiyasında iki ədəd piramida quraşdırılıb ki, burada çıxışın biri Bakı-Sumqayıt yolunun altından keçməklə, Biləcəri istiqamətində, ikincisi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksinədir.