!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtovağzalın saytında km-lər çox göstərilib - Bunun səbəbi nədir? - VİDEO

!Reklam – Yazi

Bakı Beynəlxalq Avtovağzalın saytında İsmayıllı ilə yanaşı Balakən və digər bir neçə rayon istiqamətində km-lər çox göstərilib. Bəs bunun səbəbi nədir?

Rəsmi saytda Bakıdan İsmayıllıya məsafə 260 km, Bakıdan-Balakənə olan məsafə 441 km göstərilib. Gedişhaqqılar da bu məsafələrə uyğun hesablanır.

Gedişhaqqılar da bu məsafələrə uyğun olaraq İsmayıllıya 6 manat 20 qəpik, Balakənə isə 10 manat 60 qəpik olaraq hesablanıb.

Halbuki, bu rayonlara Bakı-Şamaxı-İsmayıllı yolu ilə gedilirsə məsafə xeyli qısalır. Məsələn, Ağsu aşırımından keçməklə Bakıdan İsmayıllıya qədər olan məsafə 156 km, Balakənə isə 330 km-dir. Burada isə 80-100 km-lik fərqin yarandığı, sərnişinlərin buna görə əlavə ödəniş etdiyi məlum olur. Həmçinin saytda aparılan qısa araşdırma zamanı o da aydın olur ki, Bakıdan Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala rayonları arasında olan məsafə də artıq göstərilib.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Nuridə Allahyarova Xəzər Xəbər-ə bildirib ki, ötən ilin avqust ayından etibarən bəzi regional istiqamətlərdə, xüsusən də Ağsu aşırımından keçməklə İsmayıllı yolu ilə hərəkət edən marşurut xətlərinin hərəkət sxemi dəyişdirilib. Bu rayonlara gedən avtobusların istiqaməti az risqli, sərnişinlər üçün təhlükəsiz olan Kürdəmir yolu ilə seçilib.

Nuridə Allayarova deyir ki, qanuni daşıyıcılar qarşısında bir başa tələb qoyulub ki, bu istiqamətlərdə gedən sərnişinlərKürdəmir yolu ilə daşınsın..Bu istiqamətin dəyişdirilməsi hələlik nəzərdə tutulmur.

Qurum rəsmisi onu da bildirib ki, bu tələblərə əməl etməyən daşıyıcılar qanun çərçivəsində cəzalandırılacaqlar.

www.yenicag.az

2980
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv