Abşeron rayonunun Masazır qəsəbəsində, “Əlincə” Futbol klubunun qarşısındakı avtoyuma məntəqəsində bədbəxt hadisə baş verib.
Yenicag.az xəbər verir ki, avtoyuma məntəqəsində işləyən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Aqapov Vadim Viktoroviç “Zil” markalı yük avtomobilini yuyarkən açıq elektrik xəttinə toxunub.
Nəticədə o, yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.