Gəncədə yolu keçmək istəyən piyadanı avtomobil vurub.
Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Gəncə-Samux yolunun birinci km-də baş verib.
Bakı şəhər sakini, 53 yaşlı Əhməd Talıbov yolu keçmək istəyərkən sürücüsü məlum olmayan “QAZel” markalı avtomobil tərəfindən vurulub. Ə. Talıbov ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.