!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AXCP-nin Şakir Abbasova qarşı yalanı ifşa olundu – Foto-Fakt, Şərhlər

!Reklam – Yazi

602454_382652885146651_75464011_n (1)Şakir Abbasov:  “Mitinqlərdə iştirakıma görə, mən həbs cəzası alanda, Fuad Qəhrəmanlı hansı “mükafat”ı aldı, ona baxın”

Fazil Mustafa: “Əli Kərimlinin AXCP-də belə saxtakarlıqlar ənənə halını alıb”

Bəybala Əbil: “Vəzifədə olanda onu öz adı ilə çağırıb, partiyadan istefa verdikdən sonra kimisə sıravi üzv kimi təqdim etmək heç də düzgün addım deyil”

Əli Kərimlinin  rəhbəri olduğu AXCP-də çox mənfi bir tendensiya formalaşıb. Əli Kərimli və ətrafındakılar vaxtilə partiyalarında təmsil olunaraq müavin, müşavir vəzifələrini tutanları elə həmin adla çağırsalar da, həmin vəzifə tutanlar istefa verdikdən sonra isə, onları sıravi üzv kimi təqdim edirlər. Məsələn, bu günlərdə AXCP-dən istefa verən Şakir Abbasov partiyada müşavir postunu tuturdu. Lakin istefadan sonra Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı Ş. Abbasovu cəmiyyətə sıravi üzv kimi təqdim edib.  Bu hal onu göstərir ki, Əli Kərimli və ətrafı vaxtilə təşkilatın üzvü olmuş sıravi və rəhbərlikdə təmsil olunaraq indi istefa verənlərə münasibətdə qərəzçilik, düşmənçilik siyasəti yürüdür.

Bu məsələyə Şakir Abbasov aydınlıq gətirib: “Bu çox səhv fikirdir. Elə bir şey olmayıb, olsa təşkilatın sədri çağırar adama deyər ki, vəziyyət budur. Necə olur ki, mən müşavir təyin olunmağım barədə hər yerdə, qəzetlərdə məlumat gedir. Məni polis mitinqdə həbs edəndə, mətbuat xidməti “AXCP sədrinin müşaviri həbs olundu” deyə, xəbər yayır, ancaq mən istefa verən kimi, sıravi üzv olduğumu açıqlayırlar. Burda qəbahət bir şey yoxdur. Əgər müşavir olmasam, çağırıb normal şəkildə “sən müşavir deyilsən” deyə bilərdilər. Məgər onlar ordan bütün gedənləri bu cür yola salırlar? Hərəyə bir damğa vurmağa nə ehtiyac var? Necə olur ki, Fuad Qəhrəmanlı müavin ola bilir, ancaq mən istefa verən kimi müşavir sayılmıram. Bu insanlar niyə axı özlərinə bu qədər Allah kimi böyük baxırlar?! Mitinqlərdə mən həbs cəzası alanda, Fuad Qəhrəmanlı hansı “mükafat”ı aldı, ona baxın. Bu gün mən düz söz dediyim üçün iqtidarla əlaqələndirənlər mənim şəraitimə də baxsınlar, öz villalarına, maşınlarına. Mən ədəbimlə istefa vermişəm. Əli Kərimlini bu gün oyuncağa çevirənlər açmasınlar ağzımı. Elə etməsinlər ki, mən açmaq istəmədiyim məqamlara toxunum.”

Şakir Abbasov partiyanın təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirlinin “Azadlıq” qəzetinə verdiyi açıqlamaya da sərt reaksiya verib: “Rafiq Daşdəmirli üçün partiya ilə JEK arasında fərq yoxdur. O, orada maaşa işləyən adamdır. İndi maaşını verənlər nə deyirsə, onu təkrarlayır. Siz sorğu versəniz, görərsiniz ki, Rafiq Daşdəmirli hər toplantı öncəsi mənə nə qədər zəng edib ki, bəy iclasa qatıl. Doğrudur, mən son zamanlarda şəxsi istəyimlə AXCP toplantılarına qatılmırdım. AXC yubileyi və ya mitinq öncəsi istefamı açıqlamadım ki, bunların əlində bayraq olmasın. Hər kəsin öz yolu var və mən Elçibəyin partiyasında Bəyi təhqir edənlərlə bir yerdə ola bilmərəm”.

Şakir Abbasov Rafiq Daşdəmirlinin onun iclasa çağrılmadığına dair bəyanatını da ikincinin yazdığı mesajlarla yalanladı: “Rafiq Daşdəmirli mənim iclaslara çağırılmadığımı deyir. Əcəba, kim kimə cavab verməyib. Baxın, müraciət etmələrinə rəğmən cavab verməmişəm.
Rafiq Daşdəmirli mənim bir neçə il öncə çıxarıldığımı iddia edir. Bir neçə il öncə çıxarılan şəxsin yalnız sədr, müavin və müşavirlərin olduğu qrupda nə işi var? Madam etimad etmirdilər, nə üçün Sədrlər qrupuna üzv edib, iclaslara çağırırdılar? Bütün bunlar bir daha göstərir ki, Əli Kərimli necə yalançılarla işləyir? Ayıbdır, mən istefamı verdim. Siz buna dözümsüzlük göstərməyiniz tükəndiyinizdən xəbər verir”.

242

Qeyd edək ki, AXCP rəhbərliyi tərəfindən sabiq üzvlərinə qarşı edilən sayğısız münasibət müxalifətin digər cəbhəsindən olan siyasilər tərəfindən etirazla qarşılanıb.

1010753_136672346538663_1852742878_nYenicag.az-a açıqlamasında KXCP Ali Məclisinin sədri Bəybala Əbil insanı öz adı və tutduğu vəzifəsilə çağırmağın tərəfdarı olduğunu dedi: “Vəzifədə olanda onu öz adı ilə çağırıb, partiyadan istefa verdikdən sonra kimisə sıravi üzv kimi təqdim etmək heç də düzgün addım deyil. Kimdisə, nədirsə, hansı vəzifədən gedibsə, onu düzgün demək lazımdır. Bunu gizlətməklə nə olacaq ki? Şakir Abbasovu müşavir kimi deyil, sıravi üzv olaraq təqdim edən AXCP funksionerləri görünür, partiya mənafeyini üstün tutduqlarından belə ifadə ediblər.  Bununla cəmiyyətdə istefa verənin guya sıravi üzv olduğu görüntüsü formalaşdırmaq istəyiblər. Amma bütün hallarda doğru yanaşma deyil. Hər çeyi cəmiyyətə olduğu kimi demək lazımdır. Müşaviri gedəndən sonra sıravi cəbhəçi kimi təqdim etmək həqiqətən də düzgün deyil”.

fazil-mustafa1Millət vəkili Fazil Mustafa isə müşavir Ş. Abbasovun istefadan sonra sıravi üzv kimi təqdim olunmasını AXCP-də saxtakarlıq hallarının ənənə halını alması ilə əlaqələndirdi: “Əli Kərimlinin rəhbəri olduğu AXCP-də onsuz da hər şey saxtakarlıq üzərində qurulub. Burada rəhbərlikdən tutmuş hamısı məsələləri saxtakarlıq əsasında rəsmiləşdiriblər. Ona görə də müşavir olaraq istefa verən Şakir Abbasovun bu hadisə baş verdikdən sonra həmin partiya təmsilçiləri tərəfindən sıravi üzv kimi təqdim etmələrində təəccüblü heç nə yoxdur. Əslində bu hal cəmiyyətdə bir rezonans da doğurmur, maraqlı məsələ də deyil.  Belə bir partiya artıq ciddi şəkildə funksional fəaliyyət göstərə də bilmir.  Onlarda belə saxtakarlıqlar ənənə halını alıb”.

Onu da qeyd edək ki, AXCP-nin qeyri-rəsmi mətbuat orqanı olan “Azadlıq” qəzetində dəfələrlə Şakir Abbasov AXCP sədrinin müşaviri kimi təqdim olunub. Xüsusilə, mitinqlərlə bağlı AXCP-nin yaydığı məlumatlarda ön sırada hər zaman Ş.Abbasovun adı olub. Belə çıxır ki, partiyanın keçirdiyi aksiyalarda döyülən zaman müşavir olurmuş, digər zamanlarda sıravi üzv. Bu faktın özü əslində partiyadakı ciddiyyətsizliyi ortaya qoymaqdadır. Yenicag.az-ın qısa araşdırması sübut etdi ki, həm Fuad Qəhrəmanlı, həm də maaşını onlardan aldığı üçün, onların istədiyi açıqlamanı verən Rasim Daşdəmirli yalan danışıb. Belə ki, həm partiyanın mətbuata göndərdiyi press-relizlərdə, həm də “Azadlıq” qəzetində Şakir Abbasov müşavir kimi təqdim edilib və onun çıxarıldığına dair heç bir məlumat yoxdur. Hətta belə ki, bir müddət öncə Zərifə Məhədinova müşavir təyin olunduğu zaman mətbuatda bu Şakir Abbasovun yerinə təyinat kimi qələmə verildiyi zaman AXCP sədrinin müavini Gözəl Bayramlı bu sözlərlə təkzib etmişdi: “Şakir bəy müşavir vəzifəsində qalır və bu təyinat onun yerinə deyil. AXCP-də 8 müşavir postu var. Müşavirlik institute elədir ki, sayda məhdudiyyət yoxdur. Heç kəs heç kəsin yerinə təyin olunmur”.

3 2 1

 

Rüfət/Yenicag.az

www.yenicag.az

778
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv