Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

AXCP sədrinin müşaviri istefa verdi-Özəl

Reklam: Sinerji Pro

10744999_10204143297735434_1818232173_nPartiyadakı AXC-nin qurulmasında iştirak edən yeganə şəxs-Şakir Abbasov da Әli Kərimlini tərk etdi
Bu gün AXCP rəhbərliyinin toplantısında istefa hadisəsi yaşanıb. YENİCAG.AZ-a daxil olan məlumata görə, AXCP sədrinin müşaviri, Qarabağ qazisi, Milli Azadlıq Hərəkatının fəallarından olan Şakir Abbasov partiyadan və vəzifəsindən istefa verdiyini açıqlayıb.
Partiyanın tutduğu xəttlə fikir ayrılığının yarandığını bildirən Ş.Abbasov bundan sonra qurucusu olduğu təşkilatda olmaq istəmədiyini bildirib: “Mən AXCP-nin özəyini təşkil edən AXC-nin ilk təsis toplantısında iştirak edənlərdən biri kimi təəssüflə bildirmək istəyirəm ki, gəldiyimiz nöqtə ürəkağrıdıcıdır. O ilk toplantıya qatılanlardan sonuncusu olaraq, partiyanı tərk etmək qərarı bir anın deyil, illərdən bəri toplanan narazılığın nəticəsidir. Mən burada köhnə məsələləri açıb, hər kəsin bildiklərini təkrarlamaq istəmirəm. Ancaq bilməyinizi istəyirəm ki, mən həmişə mübarizənin ön sıralarında olmuşam və bundan sonra da Azərbaycanın demokratikləşməsi prossesi uğrunda mübarizəni davam etdirəcəyəm”.
YENİCAG.AZ-a açıqlamasında Şakir Abbasov istefa etdiyini təsdiqləyib. Ş.Abbasov gələcək planları barədə məlumat vermək istəməyib.

Qeyd edək ki, Şakir Abbasov Milli Azadlıq Hərəkatının başlandığı zamandan bu mübarizənin öncülərindən biri olub. AXC hakimiyyəti dönəmində Füzuli rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Ş.Abbasov həmçinin Qarabağ döyüşlərində fəal iştirakı ilə seçilib. Hazırki AXCP-nin rəhbərliyində təmsil olunan yeganə AXC qurucularından biri idi.
Rəşid/Yenicag.az

www.yenicag.az

305