Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

AXH-də ikitirəlik - Hərəkatın vahidliyi sual altında

Azərbaycan Xalq Hərəkatının iclası eyni vaxtda iki fərqli məkanda keçirilib. İclaslardan biri Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında, digəri isə Gələcək Azərbaycan Partiyasının qərargahında baş tutub.

Yaranmış vəziyyətlə bağlı AXH-nin dönəm sədri Tural Abbaslı Yenicag.az-a açıqlama verib.

Tural Abbaslı bildirib ki, AXH-də bilinməyən səbəblərdən ikitirəlik yaranıb:

“Bu gün eyni vaxtda iki fərqli məkanda iclas keçirilirdi. KXCP-nin qərargahındakı iclası dönəm sədri təşkil edirdi. Say baxımında GAP-ın qərargahında keçirilən iclas çoxluq təşkil edə bilərdi, ancaq bizim keçirdiyimiz iclasda da yetərsay oldu. Biz ümumi qərara gəldik ki, AXH-nin parçalanmaması üçün iclaslar təxirə salınsın, hər iki tərəfdən iki nümayəndə görüşsün və növbəti birgə fəaliyyətin yollarını müzakirə edib, ortaq məxrəcə gəlsin. Çalışacağıq ki, növbəti iclas birgə keçirilsin”.

İclasların ayrı keçirilməsinin səbəbinə gəldikdə Tural Abbaslı məlumatsız olduğunu bildirib:

“Sonuncu iclasda İsgəndər Həmidovun qaldırdığı məsələ qəbul edilmədi. Bundan sonra AXH-də ikitirəlik yarandı. Əslində ciddi bir səbəb də yoxdur. Siyasi qeybət və anlaşmazlıqlar məsələni bu həddə gətirib çıxardı. Fakt budur ki, bu gün ikitirəlik var. Sona qədər hərəkatın xilas olunmasına çalışacağıq. Birlik olmayacaqsa, səbəbkarlar cavab versinlər”.

Tural Abbaslı qeyd edib ki, AXH-nin bütövlüyü sual altındadır:

“Xalq olanları görür. Bizi əsas düşündürən xalqın AXH-ə inamı və etimadıdır. Digər məsələlər o qədər də maraqlı deyil”.

Səxavət Məmməd

www.yenicag.az

1175