!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AXH-də nə baş verir? - Yenidən ikitirəlik

!Reklam – Yazi

Bu gün Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin fövqəladə toplantısı keçirilir. İclası hərəkatın dönəm sədri, AĞ Partiya başqanı Tural Abbaslı aparır. Toplantının son dönəmlər hərəkat daxilində baş verən problemləri aradan qaldırmaq üçün keçirildiyi deyilir.

Yenicag.az xəbər verir ki, fövqəladə iclasda iştirak etməyən İdarə Heyətinin 13 üzvü bu gün saat 15:00-da toplantı keçirəcəklər.

Sabiq daxili işlər naziri İsgəndər Həmidov saytımıza açıqlamasında bildirib ki, 7 nəfər toplanıb, 13 nəfərin taleyini həll edirlər:

“AXH elə bir həddə gəlib çatıb ki, əvvəlcədən heç bir proqnoz vermək mümkün deyil”.

AXH-də yaranan problemlərlə bağlı da qısa danışan İsgəndər Həmidov hökumətin adamlarının hərəkatı parçaladığını vurğulayıb:

“Əvvəldən deyirdilər ki, hökumətin adamları hərəkatı dağıdacaq, inanmırdım. Ancaq indi gördüm ki, düz deyirlər”.

İsgəndər Həmidov AXH-nin gələcəyi ilə bağlı proqnoz verməkdən də çəkinib.

Qeyd edək ki, AXH-nin hazırkı dönəm sədri Tural Abbaslı ilə İsgəndər Həmidov arasında əlbəyaxa dava həddinə qədər gələn mübahisədən sonra hərəkatda ikitirəlik yaranıb. Daha sonra ikiyə bölünən İdarə Heyətinin üzvləri arasında görüş keçirilib və qərar verilib ki, hərəkatın vahidliyi naminə idarə heyətinin iclasları birgə keçirilsin. İdarə Heyətinin üzvlərinin gizli səs yazısı və yazışmalarının “screen”lərinin yayılması isə hərəkat daxilindəki gərginliyi üst səviyyəyə çatdırıb. Yenidən hərəkat daxlində ikitirəlik yaranıb.

Səxavət Məmməd

www.yenicag.az

9419
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv