!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AXH-dəki ikitirəliyin pərdəarxası - Suyu kim bulandırır?

!Reklam – Yazi

Bu gün saat 10:00-da Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin fövqəladə toplantısı keçirilib. İclası hərəkatın dönəm sədri, AĞ Partiya başqanı Tural Abbaslı aparıb.

Toplantı keçirilən ərəfədə Yenicag.az-a açıqlama verən AXH İdarə Heyətinin üzvü, sabiq daxili işlər naziri İsgəndər Həmidov bu gün saat 15:00-da 13 nəfərlə ayrıca iclas keçirəcəklərini deyib.

AXH-də vəziyyətin bu həddə çatması və iclasların ayrı keçirilməsi ilə bağlı Yenicag.az-a dönəm sədri Tural Abbaslı danışıb.

Tural Abbaslı bildirib ki, əslində bu gün qeyri-rəsmi bir toplantı nəzərdə tutulmuşdu:

“Mənə dönəm sədri kimi müraciət etdilər ki, baş verənlərlə bağlı toplantı keçirsinlər. Mən də qəbul etdim. Hamıya birmənalı olaraq məlumat verildi ki, qeyri-rəsmi, səmimi söhbət edilsin və yaranmış gərginlik aradan qaldırılsın.

İclasda Qurban Məmmədovu da nəzərə alsaq, 10 nəfər iştirak etdi. İsgəndər Həmidov əvvəlcə gələcəyini, sonra isə gəlməyəcəyini bildirdi, daha sonra isə “saat 15:00-da özümüz iclas edəcəyik” dedi. Görəndəki qeyri-rəsmi, səmimi ortamda məsələləri müzakirə etmək mümkün olmayacaq elə oradaca İdarə Heyətinin üzvləri bildirdi ki, fövqəladə iclas çağıraq və məsələləri müzakirə edək. Qərara gəlindi ki, bu gün saat 10:00-da iclas keçirilsin. Elşad bəylə Mirmahmud bəy dedilər ki, İsgəndər Həmidovla şəxsən görüşək, onu da dəvət edək, başqa şey anlaşılmasın. Onlar görüşdülər. Orada İsgəndər Həmidov bildirib ki, siz sabah saat 10:00-da keçiriləcək iclası təxirə salın, biz də saat 15:00-da keçiriləcək iclası.

Həmin qeyri-rəsmi iclasda iştirak edən üzvlərlə əlaqə saxladıq. Hamı vəziyyətdən narazılıq etdi və bu gün iclasın keçirilməsi qərarı alındı. Mən də dönəm sədri kimi bu gün saat 10:00-da Vətəndaş və İnkişaf Partiyasının qərargahında fövqəladə iclas keçiriləcəyi ilə bağlı İdarə Heyətinin bütün üzvlərini məlumatlandırdım. Əsasnaməyə uyğun olaraq, dönəm sədrinin və İdarə Heyətinin 3-də 1-nin iştirakı ilə iclas çağırıldı. Heç kim kənarda qalmamışdı, İdarə Heyətinin istənilən üzvü gəlib iclasda iştirak edə bilərdi. Təəssüf ki, qatılmadılar. Mirmahmud bəy və Bəxtiyar bəy iclasda iştirak edə bilmədilər. Qərarlar verildi, yola davam haqqında ümumi razılıq əldə edildi”.

Bu gün İsgəndər Həmidovun ayrıca iclas keçirmək barədə qərarına gəldikdə isə Tural Abbaslı bunları deyib:

“İclasların çağırılması qaydaları var. Əsasnaməyə uyğun olaraq, dönəm sədri iclası aparmalıdır. Bu iclası kim, nəyə istinadən keçirir, niyə mən daxil olmaqla bu gün iclasda işirak edənlərə məlumat verilmir, bunu anlamaq olmur. Məsələ kiməsə hörmət edilib-edilməməyindən getmir, prosedur qaydalarına əməl etməkdən gedir. Biz demədik ki, bizim iclasdı. Biz dedik, AXH-nin iclasıdır. Saat 15:00-da keçiriləcək iclas hüquqi cəhətdən legitim sayılmayacaq. 13 nəfərdən ikisi – Mirmahmud bəylə Bəxtiyar bəy bu gün iclasa gəlməyiblər deyə o demək deyil ki, ora gedəcəklər. Orada olan digər 4 nəfər isə İdarə Heyətinə düşmək üçün kateqoriyaya düşmür”.

Səxavət Məmməd

www.yenicag.az

4961
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv