Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

AXH-nin iclasında qalmaqal - Tural Abbaslını hərəkatdan niyə çıxarmaq istədilər?

Reklam: Sinerji Pro

Azərbaycan Xalq Hərəkatının dünən keçirilən iclasında qarşıdurma yaranıb. İsgəndər Həmidovla Tural Abbaslı əlbəyaxa dava həddinə gəlib çıxıblar. İsgəndər Həmidov hərəkatın təsisçilərindən olan AĞ Partiya sədri Tural Abbaslının hərəkatdan çıxarılmasını gündəmə gətirib. Ancaq səsvermə nəticəsində bu, baş tutmayıb.

AXH-də baş verən son proseslər barədə AĞ Partiya sədri Tural Abbaslı Yenicag.az-a açıqlama verib.

Partiya sədri bildirib ki, hər şey normal getdiyi bir zamanda birdən-birə nələr baş verdiyini anlamayıb:

“Biz AXH-də təşkilatlanma istiqamətində addımlar atmağın tərəfdarı idik. AXH-nin bəzi komitələrini formalaşdırırdıq. Dönəm sədrliyi dəyişdi. Çalışırdıq ki, AXH müxalifət düşərgəsində əsas güc mərkəzinə çevrilsin. Bu istiqamətdə də işlər görürdük. Cəmiyyətdə də bu struktura, hərəkata ümid var idi. Normal şəkildə proseslər gedirdi. Sonradan nələr baş verdi, aydın şəkildə cavab vermək mümkün deyil”.

AXH-dən çıxarılmasına cəhd edilməsinə gəldikdə isə Tural Abbaslı bunları deyib:

“Sözün düzü, mənə aydın olmadı ki, niyə belə təklif olundu. Heç bir əsas olmadan buna cəhd etdilər. Deyirlər, Tural Abbaslı müsahibə verir, kimləsə görüşür. Əslində, bunlar olduğu kimi çatdırılmır. AXH-nin əsasnaməsi və təsis bəyannaməsi əleyhinə bir fəaliyyət yoxdur. Əksinə, bu gün AXH-nin AXH olmasında rolu olan 3-5 adamdan biri mənəm. İsgəndər Həmidov nəyi düşünmüşdü, niyyəti nə idi, mənə də qaranlıq qaldı. Nə vaxtsa buna aydınlıq gətirər. Məndə belə bir təəssürat yarandı ki, mənim çıxarılmağımın gündəmə gətirilməsi üçün hazırlıq olub. Əvvəlcədən nələrsə planlaşdırılmışdı. Əgər hansısa problem var idisə, problemin olmasını qəbul etmirəm, bunu danışa bilərdik. Haqq yerini tapdı. Bundan sonra çalışacağıq ki, hər şeyi nizama qoyaq”.

AXH-dən gedib-getməmək məsələsinə gəldikdə isə Tural Abbaslı deyib ki, bu barədə partiyada müzakirə aparacaqlar:

“Burada şəxslərdən söhbət getmir. Şəxsi münasibətlərin məsələyə aidiyyatı yoxdur. Ümumiyyətlə, şəxsi münasibətlərin siyasətə qarışdırılmasının tərəfdarı deyiləm. Çalışacağıq ki, xalqımızın maraqlarından çıxış edərək addımlar ataq. Partiya daxilində İdarə Heyətinin üzvləri ilə görüşəcəyik, məsləhətləşəcəyik. Ən uyğun qərar nədirsə, onu da edəcəyik. Qalmaq lazım olsa, qalacağıq, getmək lazım gəlsə, gedəcəyik. Əslində, mən getməyi düşünmürəm. Belə anlaşılmamalıdır ki, AXH kiminsə mülküdür və istədiyi vaxt kimisə kənarlaşdıra bilər. AXH-ni İdarə Heyəti idarə edir və üzvlərin hamısının səlahiyyəti bərabərdir. Zamanla hər şey aydınlığa qovuşacaq”.

Səxavət Məmməd

www.yenicag.az

4239
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM