Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

AXH parçalanır - Elşad Musayevin istefasına İsgəndər Həmidovdan reaksiya

Reklam: Sinerji Pro

Azərbaycan Xalq Hərəkatı parçalanır.

Artıq bir müddətdir ki, AXH-nin İdarə Heyəti iki qrup halında iclaslar keçirir. Bu gün keçirilən iclasda Bütöv Azərbaycan Birliyinin sədri Elşad Musayev hərəkat sıralarından istefa verib.

Hərəkatın parçalandığını qəbul etməyən əks düşərgədən olan sabiq daxili işlər naziri İsgəndər Həmidov Yenicag.az-a Elşad Musayevin istefasına görə üzüldüyünü deyib.

İsgəndər Həmidov bildirib ki, Elşad Musayevin hərəkatdan getməsi böyük itkidir:

“Onunla hələ danışmamışam, ancaq çalışacam danışım. Elşad bəy kimi insanları itirmək heç yaxşı deyil”.

AXH-nin parçalanmağına gəldikdə isə İsgəndər Həmidov qeyd edib ki, buna hələ şübhə ilə yanaşır:

“Qarşı qrup nə etdisə, Elşad bəy istefa verdi. Bu gün saat 15:00-da iclas keçiriləcək. İclas zamanı daha dəqiq bilinəcək ki, hansı addımlar atılacaq”.

Səxavət Məmməd

Loading...

www.yenicag.az

7635
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100