Axısxalı şəhidlər tanıdılacaq – DATÜB-dən yeni layihə

Dünya Ahıska Türkləri Birliyi (DATÜB) axısxalı şəhidlərin cəmiyyətə tanıdılması istiqamətində yeni layihəyə start verib.

Yenicag.az xəbər verir ki, DATÜB İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən axısxa türkü şəhidlərin cəmiyyətə tanıdılması istiqamətində yeni layihənin icrasına başlayıb.

Layihə haqqında məlumat verən DATÜB mətbuat katibi Mövlud İşık, layihə çərçivəsində DATÜB sədri Ziyəddin Kassanovun təlimatı ilə Şabran, Quba, Zaqatala, Samux, Yevlax, Saatlı, Sabirabad rayonlarından olmaqla toplam 7 rayon və 9 kənddən olan axısxa türkü şəhidlərin ailələrini ziyarət edilərək valideynləri və doğmaları ilə video müsahibələr ediləcəyini deyib.

Mövlud İşık DATÜB sədri Ziyatdin Kassanovun çıxışlarında hər zaman Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün canlarını qurban verən şəhidləri heç vaxt unutmayacağını dediyini xatırladaraq bu layihənin də o məqsədin bir parçası olduğunu vurğulayıb.

Layihə çərçivəsində İkinci Qarabağ Savaşının axısxalı şəhidləri ilə bağlı hazırlanacaq 9 sənədli film həm Türkiyə və Azərbaycan televiziyalarında, həm də DATÜB-ün rəsmi “Youtube” kanalında yayımlanacaq.

COP29