Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Axısxalı şəhidlərin xatirəsi əbədiləşdirilir: "Sənədli film və kitab hazırlanır" - Mövlud Işık / VİDEO

“Azərbaycan Axısxa türklərinin evidir”.

Azərbaycanda yaşayan müxtəlif toplumlar arasında Axısxa türkləri xüsusilə fərqlənir. Tarixin qaranlıq səhifələrinin birbaşa şahidi olmuş Axısxa türklərinin öz dədə-baba yurdlarından sürgün edildikdən sonra gəldikləri ilk məkanlardan biri də Azərbaycan olub. Eyni kök, eyni dil və dinin Axısxa türklərinin Azərbaycanı yurd olaraq seçməsində nə qədər rolu olubsa, bunda ölkəmizin onların əsl evlərinə daha yaxın olmasının təsiri də az deyil. Azərbaycanı doğma vətənləri hesab edən Axısxa türkləri həm birinci, həm də ikinci Qarabağ savaşında vuruşaraq böyük şücaət göstəriblər.

Dünya Axısxa Türkləri Birliyinin (DATÜB) mətbuat katibi Mövlud Işık Yenicag.az-a müsahibəsində Axısxa türklərinin Birinci Qarabağ müharibəsində 80-dən çox, Vətən Müharibəsində isə 8 şəhid verdiyini qeyd edib.

Mövlud Işık bildirib ki, hazırda DATÜB tərəfindən İkinci Qarabağ müharibəsində canından keçən şəhidlərin tanıdılması üçün layihə həyata keçirilir və bu çərçivədə hazırlanan sənədli filmin çəkilişləri yekunlaşmaq üzrədir.

Daha ətraflı videomaterialda:

Loading...

www.yenicag.az

1593
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100