Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Axşama doğru qar yağacaq

qarli-yol.Dekabrın 22-də axşama doğru Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, bəzi yerlədə qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Səhər bəzi yerlərdə çiskin olacaq. Dekabrın 22-dən 23-nə keçən gecə havanın yağıntı ollması ehtimalı var. Günün ikinci yarısında şimal-qərb küləyi 15-20 m/s, gecəyə doğru arabir 23-25 m/s sürətlə əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 5-7°, gündüz 9-11° isti olacağı gözlənilir.Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycan bölgələrində hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşam yağıntı gözlənilir. Qərb küləyi əsəcək, arabir 15-20 m/s, axşama doğru 23-28 m/s-dək güclənəcək. Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Temperatur gecə 0-4°, gündüz 7-12° isti olacaq. Dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

(azertag.az)

www.yenicag.az

332