!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Axtaranların tapmadıqları İŞ: "İşsizlərin Fondun imkanlarından istifadə edə bilməsi üçün..." - ŞƏRH

!Reklam – Yazi

“Yarana biləcək problemlərin qarşısını almaq vacibdir”.

Bunu işləyənlərin və işəgötürənlərin ödənişləri hesabına formalaşan İsizliyə görə Sığorta Fondunun 2022-ci il üçün gəlirlərinin 23 milyon manatadək artırılaraq 180 milyon manata çatdırılması ilə bağlı qərarı dəyərləndirən İqtisad Universitetinin professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçıya görə, işsizlərin sosial vəziyyətinin yaxşılaşdırılması və onların məlum imkanlardan məhrum edilməməsi üçün ictimai nəzarət mexanizminin tətbiqi mütləqdir:

“İşsizliyə görə Sığorta Fondunun imkanlarının genişlənməsi işsizlərin dövlətdən faydalanmasına şərait yaradacaq. İşsizlərə real dəstəyin verilməsi nöqteyi-nəzərdən Fondun vəsaitlərinin idarə edilməsi və şəffaflığın təminatı mühüm amillərdən olmalıdır. Bununla yanaşı, işləyənlər və işəgötürənlərin əldə etdiyi vəsaitin bir hissəsinin Fond tərəfindən işsizlərə istiqamətlənməsi sosial ədalət prinsiplərinə uyğundur. İşsizlərin məlum resurslardan faydalanması üçün Fondun fəaliyyətinin effektiv və nəzarət altında olması arzuolunandır. İşsizlərin Fondun imkanlarından istifadə edə bilməsi üçün effektiv ictimai nəzarət mexanizmi mövcud olmalıdır. Bu, yarana biləcək problemlərin qarşısını almaq üçün vacibdir”.

Gülşən Şərif

www.yenicag.az

671
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv