Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Axtarışda olan 36 nəfər saxlanıldı

Aprel ayının 4-dən 5-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-in mətbuat xidmətindən Yenicag.az-a daxil olan məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 97 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 30 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

www.yenicag.az

2235
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS