!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb

!Reklam – Yazi

baee0a6fd4ce58686f29a6d06d4d40c2Adı açıqlanmayan şəxs əlbəyaxa döyüş üzrə beynəlxalq turnirlərin bir neçə dəfə qalibi olub

Ukrayna sərhədçiləri terrora görə İnterpol xətti ilə axtarışda olan azərbaycanlını Kiyev aeroportunda saxlayıblar.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

“İnterpol xətti ilə axtarışda olanların tutulması məqsədilə “Borispol” aeroportunda həyata keçirilən tədbirlər zamanı sərhədçilər “Kiyev” nəzarət-buraxılış məntqəsində Azərbaycan vətəndaşını saxlayıblar. O, “terror” cinayətinə görə beynəlxalq axtarışda olub”, – deyə məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, saxlanılan şəxs əlbəyaxa döyüş üzrə beynəlxalq turnirlərin bir neçə dəfə qalibi olub.

O, Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil verilib.

www.yenicag.az

614
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv