!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Axtarışda olan bankir tutuldu: 2,5 milyard pul qaçırmışdı

!Reklam – Yazi

Çox sayda əmanətçinin pullarını mənimsəyərək aradan çıxan bankir təsadüf nəticəsində ələ keçib.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, Moskvanın Taqanka rayon məhkəməsi yaxalanan bankir, “Zamoskvoretski” Bankın İdarə Heyətinin sabiq sədri İlya Budarin barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Məlumata görə, Budarin aralarında tanınmış Rusiyalı futbolçuların da olduğu bank əmanətçilərinin ümumilikdə 2,5 milyard rubl həcmində əmanətlərini mənimsəməkdə ittiham edilir.

Maraqlıdır ki, fırıldaqçı bankir təsadüf nəticəsində yaxalanıb. Yol polisinin yüngül qayda pozuntusuna görə saxladığı “Mersedes” avtomibilinin sürücüsünün şəxsiyyəti müəyyənləşdirilərkən, onun axtarışda olduğu üzə çıxıb.

“Zamoskvoretski” Bankında xüsusi böyük məbləğdə fırıldaqçılıq ittihamı üzrə təhqiqata 2014-cü ildən başlanmışdı. Bankdan şikayətçi olan əmanətçilərin tələb etdikləri vəsaitin ümumi həcmi isə 2,5 milyard rubl olub.

Bankın fırıldağı ilə üzləşən vətəndaşlar arasında Dmitri Kiriçünko, Dmitri Xoxlov, Andrey Karyaka, Dmitri Sıçov, Yuri Nikiforov, Yevgeni Aldonin və başqa məşhur futbolçular da var.

www.yenicag.az

2085
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv