Oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini Samir Salmanov saxlanılıb.
Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 12-də S.Amanovaya məxsus yardımçı təsərrüfatlardan birindən oğurluğa cəhd göstərən, habelə ona məxsus anbardan məişət əşyaları oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunan Samir Salmanov saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.