Axtarışda olan qadın terrorçu zərərsizləşdirildi – Türkiyədə uğurlu əməliyyat

Türkiyədə axtarışda olan qadın terrorçu zərərsizləşdirilib. 

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, o Diyarbəkir vilayətində keçirilən əməliyyat zamanı məhv edilmiş 4 terrorçudan biridir.

“Sorhin Eruh” ləqəbli terrorçu Meryem Aksunun xəbərini gətirən adam üçün 600 min lirə mükafat ayrılıb.

Məryəm Aksu dövlət əleyhinə silsilə cinayətlərdə ittiham olunurdu.